Əhli-Sünnə Mədrəsəsi

Product information

Created by Supportdaawa on

About

İnsanın dünyaya göndərilməsindəki ən böyük məqsəd Allahı tanımaq, Ona iman və Onu təqdis etməkdir. Allaha iman edən bir kimsə, şübhəsiz, Onu sevir. Çünki imanı ilə bilir ki, hər şeyi Allah xəlq etmiş, özünü və bütün sevdiklərini yoxluqdan var etmiş, onu hədsiz nemətlərlə təmin etmişdir. Həmçinin cənnəti əbədi olaraq ona və bütün möminlərə vəd etmişdir. Belə uca, mərhəmətli bir yaradıcını tanıyan, əlbəttə, Onu bütün qəlbi ilə sevəcəkdir. Məhz möminlərin Allah sevgisinə Quran belə işarə edir: "Allah onları sevər, onlar da Allahı sevərlər." (Maidə, 54). Allahı sevən bir insanın onun rızasını və sevgisini qazanmağa çalışması lazımdır. Biz də - bir qrup mömin Əhli-Sünnə bayrağı altında toplaşaraq Allahın pak dinini insanlara çatdırmağa çalışırıq. Bu layihəmizin adı da "Əhli-Sünnə Mədrəsəsidir. Bu layihə qədim üsula bağlı qalaraq batil firqələrə qarşı sipər, bilgisizlərə çıraq, ruhən ölənlərə nəfəs niyyəti ilə Allah üçün xidmətdədir. Çalışmaq bizdən, müvəffəqiyyət Allahdandır.